İdman
23-07-2021, 13:17
135
Daha iki idmançı Yay Olimpiya Oyunlarına buraxılmadı
Covid-19 pandemiyası daha iki idmançının Tokio-2020 Yay Olimpiya Oyunlarında qarşısını kəsib.
Bu barədə Olimpiadanın Təşkilat Komitəsindən məlumat yayılıb.
Çimərlik voleybolu üzrə Çexiya cütlüyü yarışdan kənarda qalıb. Bunlar Barbara Hermanova və Marketa Slukovadır. Onların qrupdakı rəqiblərinə texniki qələbələr veriləcək.
Qeyd edək ki, daha öncə meksikalı taekvondoçu Fernanda Aqirre və niderlandlı skeytbordçu Kendi Ceykobs da eyni səbəbdən Olimpiada ilə vidalaşıb.