Azərbaycan Premyer Liqasının püşk vaxtı bilindi
23-07-2021, 23:44
177

Azərbaycan Premyer Liqasının püşk vaxtı bilindi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, mərasim iyulun 30-da AFFA-nın inzibati binasında baş tutacaq.
Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri dəvətlidir.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü 14 avqustda start götürəcək.

Oxşar xəbərlər