Sabah Olimpiadada Azərbaycanın üç idmançısı mübarizə aparacaq - ADLAR
27-07-2021, 22:25
159

Sabah Olimpiadada Azərbaycanın üç idmançısı mübarizə aparacaq - ADLAR

Sabah Tokio Olimpiadasında daha üç idmançımız mübarizə aparacaq.
Oxu.Az-ın xəbərinə görə, Bakı vaxtı ilə saat 06:00-dan etibarən cüdoda kişilərin 90 və qadınların 70 kq çəki dərəcələri üzrə görüşlər keçiriləcək.
Azərbaycan kişilərdə Məmmədəli Mehdiyevlə təmsil olunacaq. Lakin idmançımız ilk görüşdən azaddır. Məmmədəli 1/8 finalda Rafael Masedo (Braziliya) – İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.
İndoneziya əsilli badmintonçu Eydi Reski Dvikahyo L qrupunda sonuncu – ikinci görüşünü saat 15:00-da keçirəcək. Onun qrup qalibi olması üçün son Avropa çempionu Anders Antonseni (Danimarka) məğlub etməsi lazımdır.
Həmçinin Kuba əsilli boksçumuz Alfonso Dominqes 81 kq-da mübarizəyə qoşulacaq. O, saat 15:27-də 1/8 final çərçivəsində Dilşadbəy Ruzbetovla (Özbəkistan) görüşəcək.
Qeyd edək ki, indiyədək 17 idmançımız Olimpiada ilə vidalaşıb. Hələ ki, heç bir idmançımız Azərbaycanın aktivinə medal yazdıra bilməyib.

Oxşar xəbərlər