Tokio-2020: Boksçumuz 1/4 finala yüksəldi
28-07-2021, 21:23
134

Tokio-2020: Boksçumuz 1/4 finala yüksəldi

Tokio-2020-də bu gün daha bir boksçumuz mübarizəyə başlayıb.
Milliləşdirilmiş kubalı boksçu Alfonso Dominges günün son boks qarşılaşması olan 1/8 finalda Dilşodbek Ruzmetovlə (Özbəkistan) üz-üzə gəlib. O, ümumi nəticədə 4:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Türkiyə boksçusu Malkan Bayram olacaq. Döyüş iyulun 30-da keçiriləcək. 
Xatırladaq ki, buna qədər mübarizəyə qoşulan digər boksçularımızdan Cavid Çələbiyev (63 kq.) və Məhəmməd Abdullayev (+91 kq.) 1/16 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər,  Tayfur Əliyev (57 kq.) və Lorenzo Sotomayor (69 kq.) isə ilk döyüşlərində uduzaraq mübarizəni dayandırıblar.

Oxşar xəbərlər