"Roma"dan yeni transfer
26-08-2020, 21:14
186

"Roma"dan yeni transfer

"Çelsi"nin keçmiş hücumçusu Pedronun "Roma" klubuna transferi rəsmiləşib.
Bakıtv.az xəbər verir ki, "Çelsi" ilə müqaviləsinin müddəti başa çatan Pedro İtaliya A Seriyası klubu "Roma"ya transfer edilib. Oyunçu "Roma" ilə 3 illik müqavilə imzalayıb. 
"Romada olduğum üçün xoşbəxtəm. Gələn mövsümlərdəki hədəflərimiz uğrunda mübarizə aparmaq üçün çox həyəcanlıyam. Azarkeşlərə məni qarşıladıqları üçün təşəkkürümü bildirirəm və ümid edirəm ki, onları sevindirə biləcəm", - deyə Pedro bildirib.

Oxşar xəbərlər