Şəhriyar Məmmədyarov Aronyanla qarşılaşacaq
2-08-2021, 11:41
192

Şəhriyar Məmmədyarov Aronyanla qarşılaşacaq

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsində növbəti görüşlərini keçirəcək.
Bu, 36 yaşlı qrossmeysterin "Chessable Masters" adlanan turnirinin təsnifat mərhələsində son qarşılaşmaları olacaq.
Məmmədyarov XI turda niderlandlı Jorden Van Forestlə qara, XII turda Alireza Firuzca (FIDE) ilə ağ, XIII turda ABŞ təmsilçisi Uesli So ilə qara, XIV turda Levon Aronyanla ağ, sonuncu - XV turda isə norveçli Aryan Tari ilə qara fiqurlarla oynayacaq.
10 turdan sonra Azərbaycan təmsilçisi 16 şahmatçı arasında 6,5 xalla 4 - 6-cı yerləri bölüşdürür. Bugünkü görüşlərin ardından Məmmədyarovun növbəti raunda vəsiqə qazanıb-qazanmayacağı bəlli olacaq.
"Chessable Masters"
XI tur
Jorden Van Forest (Niderland) - Şəhriyar Məmmədyarov
XII tur
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE)
XIII tur
Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov
XIV tur
Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)
XV tur
Aryan Tari (Norveç) - Şəhriyar Məmmədyarov
Qeyd edək ki, onlayn turnir avqustun 8-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib şahmatçı 30 min ABŞ dolları əldə edəcək. Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbovun adı iştirakçılar siyahısına daxil edilməyib. 

Oxşar xəbərlər