Pərviz iki rəqibinin kürəyini yerə vurdu - Yarımfinala çıxdı
3-08-2021, 10:50
143

Pərviz iki rəqibinin kürəyini yerə vurdu - Yarımfinala çıxdı

Tokio 2020 Olimpiya Oyunlarında Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov bu gün mübarizəyə qoşulub.
67 kq çəki dərəcəsində çıxış edən idmançı ilk görüşü zamanı 1/8 finalda  Frederik Bjerrehusu (Danimarka) 5:1 hesabı ilə məğlub edib. 1/4 finalda isə Artem Surkova (Rusiya Olimpiya Komitəsi)  qalib gələn Nəsibov yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, P.Nəsibovun yarımfinaldakı rəqibi misirli güləşçi Əl-Sayeddir. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə 13:00-da başlayacaq.

Oxşar xəbərlər