Millimizin futbolçusu Niderland klubuna transfer olundu
3-08-2021, 15:07
138

Millimizin futbolçusu Niderland klubuna transfer olundu

"Sabah" futbol klubunun oyunçusu Ozan Can Kökçü komanda ilə yollarını ayırıb.
Klubun rəsmi saytı xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Niderlandın "Telstar" komandası ilə razılığa gəlinib.
Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən O.Kökçü 2019-cu ildən Bakı təmsilçisinin uğurları üçün çalışırdı. 
Bildirilib ki, oyunçu ötən mövsümün ikinci yarısını "Telstar"da icarədə keçirib. O, "Sabah"da ümumilikdə 29 oyunda meydana çıxıb.

Oxşar xəbərlər