Tokio-2020: Azərbaycan medal sıralamasında neçənci yerdədir?
3-08-2021, 23:21
191

Tokio-2020: Azərbaycan medal sıralamasında neçənci yerdədir?

Bu gün Azərbaycan 32-cü Yay Olimpiya Oyunlarında üçüncü medalını qazanıb.
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (77 kq.) üçüncü yer uğrunda qarşılaşmada erməni rəqibi Karapet Çalyanı məğlubiyyətə uğratmaqla (4:1) mükafata sahib olub. Daha öncə qadın cüdoçumuz İrina Kindzerska (Əliyeva) və boksçu Alfonso Dominges də bürünc medal qazanımışdılar.
Bu medallar sayəsində Azərbaycan millisi hazırda Tokio-2020-nin medal sıralamasında 71-cü yeri tutur (3 bürünc medalı olan Qazaxıstan və Meksika ilə birgə).
Bakı vaxtı ilə bu gün saat 15.10-a olan nəticələrı əsasən, birinci yeri isə 68 medalla (32 qızıl, 20 gümüş, 16 bürünc) Çin tutur.

Oxşar xəbərlər