“Barselona“ Messiyə yeni qiymət qoydu
27-08-2020, 12:01
296

“Barselona“ Messiyə yeni qiymət qoydu

"Barselona" rəhbərliyi futbolçusu Lionel Messini komandada saxlamağı mümkünsüz hesab edir.
Buna görə klub argentinalı hücumçunu satmaq variantını nəzərdən keçirir. Bildirilib ki, Kataloniya təmsilçisi 33 yaşlı oyunçu üçün müqaviləsində yazılan 700 milyon avro təzminat tələb etməyəcək. Lakin klub futbol tarixinin ən bahalı transferinin reallaşması üçün Messini ən azı 223 milyon avroya satmağa hazırdır.
Qeyd olunub ki, klub Messinin təktərəfli qaydada müqaviləni ləğv edə bilməyəcəyinə əmindir. Beləliklə, o, ya satılacaq, ya da 2021-ci ilin yayında başa çatacaq müqaviləsinin sonuna qədər komandada qalacaq.
Qol.az xatırladır ki, futbol tarixinin hazırda ən bahalı transferi 2017-ci ildə "Barselona"dan PSJ-yə transfer olunan Neymardır - 222 milyon avro.

Oxşar xəbərlər