Tokio Olimpiadası: Olimpiya çempionumuz qalib gələrək medal üçün güləşmək şansı əldə etdi
7-08-2021, 14:30
185

Tokio Olimpiadası: Olimpiya çempionumuz qalib gələrək medal üçün güləşmək şansı əldə etdi

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov bürünc medal görüşünə çıxacaq.
97 kq çəki dərəcəsində güləşən Olimpiya çempionumuz bu gün təsəlliverici yarışa çıxıb və Elizbar Odikadzeni (Grücüstan) 7:5 hesabı ilə məğlub edib.
 
O bu gün bürünc medal uğrunda görüşdə Reyneris Salasla (Kuba) qarşılaşacaq.
Xatırladaq ki, bu gün güləşçilərimizdən Hacı Əliyev final, Mariya Stadnik isə bürünc medal görüşünə çıxacaq.

Oxşar xəbərlər