Həmyerlimiz məşhur boksçunun rəqibini nokaut etdi - FOTO+VİDEO
31-08-2021, 15:47
161

Həmyerlimiz məşhur boksçunun rəqibini nokaut etdi - FOTO+VİDEO

Moskvada keçirilən, dünyanın müxtəlif ölkələrinin idmançılarının iştirak etdiyi və əsas döyüşü "Rusiya kəməri" uğrunda olan boks gecəsində  idmançımız İsmət Quliyev qələbə qazanıb. 
Bu barədə idmançı özü məlumat verib. 72,6 kq çəki dərəcəsində çıxış edən peşəkar boksçu İ.Quliyev bildirib ki, bununla da keçirdiyi 9-cu döyüşü qalib kimi başa vurub:
"Rəqib təcrübəli, Kanelo Alvaresin keçmiş rəqibi Marat Xuzeev idi. Üçüncü raundda texniki nokautla qalib gəldim. Bu günə kimi bütün qələbələrimi vaxtında əvvəl qazanmışam. 
Moskvadakı döyüş də 8 raund olmalı idi. Amma üçüncü raundda texniki nokautla qalib gəldim". 

Oxşar xəbərlər