Tokio-2020: Paralimpiyaçımız finalda!
3-09-2021, 10:13
257

Tokio-2020: Paralimpiyaçımız finalda!

Azərbaycan para-üzgüçüsü Raman Saleh (S12) 100 metr butterfly kateqoriyasında final mərhələsinə vəsiqə qazanıb.
Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb. Roman Saleh təsnifat mərhələsində 58.99 saniyəlik nəticə göstərib.
Taekvondo idman növü üzrə idmançısı Əbülfəz Abuzərli (K44) Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində ilk görüşündə qalib gələrək, 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Lakin üzgüçülük idman növü üzrə idmançısı Vəli İsrafilov (S12) 100 metr butterfly kateqoriyası təsnifat mərhələsində 1:10:59 nəticə göstərərək mübarizəni dayandırıb.

Oxşar xəbərlər