Ronaldonun adı "Ginnesin Dünya Rekordları"nda rəsmiləşdi (FOTO)
3-09-2021, 12:42
179

Ronaldonun adı "Ginnesin Dünya Rekordları"nda rəsmiləşdi (FOTO)

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo  DÇ-2022-nin İrlandiya ilə oyununda yeni dünya rekorduna imza atıb.
Məşhur futbolçu Ginnesin Dünya Rekordlarından (Guiness World Records) rekordunu rəsmiləşdirən sənədi alıb. O, bunu özünün "Facebook" səhifəsində paylaşıb. 
"Ginnesin Dünya Rekordlarına təşəkkür edirəm. Dünya rekordunu qıran kimi tanınmaq hər zaman xoşdur. Rəqəmləri daha da yüksəltməyə çalışacam", - deyə futbolçu qeyd edib.
Qeyd edək ki, Ronaldo İran yığmasının əfsanəsi Əli Daeinin dünya rekordunu 110-cu qolunu vuraraq yeniləyib. 36 yaşlı hücumçu yığmada və dünyada ən çox qol vuran oyunçu adına sahib çıxıb. 
Ronaldonun adı "Ginnesin Dünya Rekordları"ndarəsmiləşdi (FOTO) 

Oxşar xəbərlər