Güləşçimiz mötəbər turnirdə qızıl medal qazandı
3-09-2021, 17:35
174

Güləşçimiz mötəbər turnirdə qızıl medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
55 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Rusiya təmsilçisi Qurban Konaliyevlə qarşılaşıb. Rəqibinə 7:2 hesabı ilə qalib gələn N.Quluzadə qızıl medal qazanıb.
55 kq
B qrupu
1-ci görüş: Nihad Quluzadə - Qurban Konaliyev (Rusiya) 8:0
2-ci görüş: Nihad Quluzadə - Asomiddin Həsənov (Özbəkistan) 8:0
Yarımfinal: Nihad Quluzadə - İsxar Kurbayev (Qazaxıstan) 5:1
Final: Nihad Quluzadə - Qurban Konaliyev (Rusiya) 7:2

Oxşar xəbərlər