Şenol Günəş Türkiyə millisindən getdi
10-09-2021, 15:50
10

Şenol Günəş Türkiyə millisindən getdi

Türkiyə Futbol Federasiyası(TFF) ölkənin yığma komandasına baş məşqçilik edən Şenol Günəşlə yollarını ayırıb.
Qeyd olunur ki, TFF ilə 69 yaşlı futbol mütəxəssisi arasında görüş baş tutub və tərəflər qarşılıqlı razılıq əsasında fəaliyyətlərinə xitam verilməsi barədə razılığa gəliblər. 
Türkiyənin ali futbol qurumu millidə göstərdiyi fəaliyyətə görə Şenol Günəşə minnətdarlıq edib və ona gələcək məşqçilik karyerasında uğurlar arzu olunub.
Mənbə: Türkiyə Futbol Federasiyası

Oxşar xəbərlər