"Qarabağ"ın rəqibi Bakıya ciddi itkilərlə gəlir
14-09-2021, 23:18
191

"Qarabağ"ın rəqibi Bakıya ciddi itkilərlə gəlir

UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın qonağı olacaq İsveçrə "Bazel"i Bakıya ciddi itkilərlə gələcək.
Yerli mətbuat xəbər verir ki, komandanın baş məşqçisi Patrik Rahmen Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda 7 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Bunlar qapıçı Feliks Gebhardt, müdafiəçilər Andrea Padula, Eray Cömert, Nasser Jiqa, yarımmüdafiəçilər Jordi Kintilya, Edon Jeqrova və hücumçu Sebastyano Espozitodur. Onlar zədə səbəbindən Ağdam təmsilçisinə qarşı oynamayacaqlar.
Qeyd edək ki, sentyabrın 16-də keçiriləcək "Qarabağ" - "Bazel" matçı saat 20:45-də başlayacaq.

Oxşar xəbərlər