Azərbaycanda dünya çempionu həbs edildi - Biabırçı səbəb
15-09-2021, 17:17
194

Azərbaycanda dünya çempionu həbs edildi - Biabırçı səbəb

Dünya və Avropa çempionu Xəyyam Səfixanov həbs olunub.
Apa xəbər verir ki, X. Səfixanov narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib. X. Səfixanov Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən heroin, metafitamin və tramadol həbi aşkar edilib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb və məhkəmə tərəfindən X. Səfixanov barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev faktı təsdiqləyib.
Qeyd edək ki, X.Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub.
X. Səfixanov kriminal aləmdə “Razin Xəyyam” kimi də tanınır.

Oxşar xəbərlər