Azərbaycanlı idmançıya səkkiz illik cəza verildi
30-09-2021, 13:52
211

Azərbaycanlı idmançıya səkkiz illik cəza verildi

Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəzası bəlli olub.

Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) məlumat yayıb.

Bildirilib ki, dopinq-testi müsbət nəticə vermiş bolqarıstanlı legioner səkkiz il müddətinə yarışlardan diskvalifikasiya edilib.


İdmançının cəza müddəti 2021-ci il mayın 10-dan hesablanır.

Kostovanın orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb.

Qeyd edək ki, Boyanka Kostova bu il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Bu, 28 yaşlı ağırlıqqaldıranın 2012-ci, 2015-ci və 2016-cı illərdən sonra karyerasında dördüncü Avropa çempionluğu olub. O həm də 2015-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

2016-2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.

Oxşar xəbərlər