Xavi "Barselona"ya baş məşqçi təyin olunacaq
3-11-2021, 21:23
176

Xavi "Barselona"ya baş məşqçi təyin olunacaq

Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandesin İspaniya "Barselona"sının sükanı arxasına keçəcəyi vaxt dəqiqləşib.
"Sky Sport" xəbər verir ki, Kataloniya təmsilçisi 41 yaşlı mütəxəssisin təyinatını noyabrın 8-də açıqlayacaq.
İddiaya görə, onunla 2024-cü ilin yayınadək müqavilə imzalanacaq.
Qeyd edək ki, daha əvvəl mətbuatda "Əl Sədd" rəhbərliyinin Xavi Ernandesi buraxmaq üçün "Barselona"dan 1 milyon avro təzminat tələb etdiyi yazılıb.
 

Oxşar xəbərlər