Məşhur klubun 13 futbolçusu koronavirusun “Omikron” ştamına yoluxdu
29-11-2021, 15:30
185

Məşhur klubun 13 futbolçusu koronavirusun “Omikron” ştamına yoluxdu

Portuqaliyanın "Belenenseş" klubunun 13 futbolçusu koronavirusun yeni növ "Omikron” ştamına yoluxub.
 
Bu, Portuqaliyada yeni ştama ilk yoluxma hadisəsidir.
 
Qeyd edək ki, "Belenenseş" klubu koronavirusa kütləvi yoluxma səbəbindən evdə "Benfika"ya qarşı keçirilən matça cəmi 9 futbolçu ilə çıxıb. Onlardan ikisi qapıçı olub. Qolkiperlərdən biri sahə oyunçusu mövqeyində çıxış edib.
Görüşün ilk hissəsi qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri əvvəlcə ikinci hissəni oynamaq istəməyiblər. Yalnız baş hakimin təkidindən sonra komanda 7 nəfərlə meydana qayıdıb. Amma 46-cı dəqiqədə futbolçulardan biri yerə uzanaraq, zədələndiyini bildirib. "Belenenseş"in heyətində oyunçu sayı 7-dən az olduğu üçün referi görüşü vaxtından əvvəl başa çatdırıb. 

Oxşar xəbərlər