Böyük Dəbilqədə 6 cüdoçumuz yarışacaq
5-02-2022, 15:18
18 216

Böyük Dəbilqədə 6 cüdoçumuz yarışacaq

Cüdoçularımız bugündən etibarən Parisdə startı veriləcək Böyük Dəbilqə turnirində iştirak edəcəklər.

Azərbaycanı nüfuzlu turnirdə baş məşqçi Mövlud Mirəliyevin rəhbərlik etdiyi kişilərdən ibarət komanda təmsil edəcək. 
 
Siyahıya 6 nəfərin adı daxil edilib. Onlardan Kəramət Hüseynov -60, Rüstəm Orucov və Hidayət Heydərov -73, Məmmədəli Mehdiyev, -90, Zelim Kotsoyev -100, Uşanqi Kokauri +100 kq çəki dərəcəsində çalışacaq. 
 
Turnirdə 54 ölkədən 308 idmançı iştirak edəcək.

Oxşar xəbərlər