"Atletiko Madrid" Suareslə vidalaşacaq
25-04-2022, 19:40
8 541

"Atletiko Madrid" Suareslə vidalaşacaq

Madrid "Atletiko"su 2021/2022 mövsümünün sonunda futbolçusu Luiz Suareslə yollarını ayıracaq.
Xarici KİV xəbər verir ki, Madrid komandası uruqvaylı hücumçu ilə müqaviləni yeniləməyəcək. O, bu mövsümün sonunda komandanı tərk edəcək.
Qeyd edək ki, 35 yaşlı forvard 2020-ci ildən "Atletiko"da oynayır. O, bu mövsüm yerli çempionatda 29 matçda 11 qol vurub və 2 məhsuldar qol ötürməsi edib. Futbolçunun İspaniya klubu ilə müqaviləsi yayda başa çatacaq.

Oxşar xəbərlər