Messinin köynəyi üçün fantastik məbləğ ödəndi
3-05-2022, 17:57
7 069

Messinin köynəyi üçün fantastik məbləğ ödəndi

Argentinalı futbolçu Lionel Messinin köynəyi 427 min avroya alınıb.
PSJ-nin futbolçusunun “Barselona”da çıxış edərkən 500-cü qolunu vurduğu köynəyinin yeni sahibi hərracda 427 680 avro ödəyib.
Messi 2017-ci ilin aprelində “Santiaqo Bernabeu”da Madrid “Real”ına 3:2 hesabı ilə qalib gəldikləri oyunda “Barselona”da 500-cü qolunu vurub. Qoldan sonra Lionel Messi köynəyini çıxararaq tribunalara göstərib.

Oxşar xəbərlər