İspaniyalı futbolçusu qadına təcavüzə görə həbs edildi
4-05-2022, 14:21
1 645

İspaniyalı futbolçusu qadına təcavüzə görə həbs edildi

İspaniyanın "Selta" klubunun futbolçusu Santi Mina qadına təcavüzə görə həbs edilib. 
Xarici KİV xəbər verir ki, mhkəmə idmançını 2017-ci ildə törətdiyi cinayətə görə 4 il müddətinə azadlıqdan məhrum edib. 
Futbolçuya həmçinin təcavüz etdiyi şəxsə 12 il müddətinə qurbana 500 metrdən yaxın məsafədən yaxınlaşmaq qadağan edilib. Əks halda o, 50 min avro cərimə ödəməlidir.
26 yaşlı Mina 2019-cu ildən "Selta Viqo"da çıxış edir. Hücumçu bu mövsüm çempionatda 33 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər