Messi karyerasını ABŞ-da davam etdirə bilər
17-05-2022, 18:08
6 468

Messi karyerasını ABŞ-da davam etdirə bilər

Lionel Messinin PSJ-dən sonrakı karyerasını harada davam etdirəcəyi məlum olub.
 "DİREKTV Sports" xəbər verir ki, 34 yaşlı argentinalı ulduz Devid Bekhemin də sahibi olduğu ABŞ-ın "İnter Mayami" klubuna keçəcək. Leonun Paris təmsilçisi ilə sözləşməsi növbəti mövsümün sonu yekunlaşır.
Qeyd edək ki, Messi 2021-ci ilin yayında azad agent olaraq PSJ-yə keçib.

Oxşar xəbərlər