Azərbaycanda daha 16 nəfər koronavirusa yoluxdu
15-06-2022, 16:54
6 369

Azərbaycanda daha 16 nəfər koronavirusa yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ümumilikdə 792 919 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 115 nəfər müalicə olunaraq sağalıb, 9715 nəfər vəfat edib, aktiv xəstə sayı 89 nəfərdir.
Ölkədə son sutka ərzində 2826, hazırkı dövrədək isə 6 929 541 test aparılıb.
  • Azərbaycanda daha 16 nəfər koronavirusa yoluxdu

Oxşar xəbərlər