Azərbaycan klublarının rəqibləri müəyyənləşdi
16-06-2022, 07:35
6 365

Azərbaycan klublarının rəqibləri müəyyənləşdi

UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkatma nəticəsində Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.
“Neftçi” Kiprin “Aris”, “Qəbələ” Macarıstanın “Fehervar”, “Zirə” isə İsrailin “Makkabi” klubuna rəqib olub.
“Qarabağ” ÇL-də “Lex” səddini keçə bilməsə, Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Slovan” (Slovakiya) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.
UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda keçiriləcək.

Oxşar xəbərlər