Fabreqas "Monako"dan getdi
18-06-2022, 22:36
17 604

Fabreqas "Monako"dan getdi

İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqas “Monako”dan ayrılıb.
35 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Fabreqas 2019-cu ilin yanvarından şərəfini qoruduğu Liqa1 klubundan ayrıldığını açıqlayıb. “Arsenal”, “Çelsi” və “Barselona”nın sabiq oyunçusu karyerasını hələ başa vurmayacağını bildirib.
Qeyd edək ki, “Monako” 2021/22 mövsümündə Fransa Liqa 1-ni 3-cü pillədə başa vurub.

Oxşar xəbərlər