“Fənərbaxça“nın sabiq futbolçusu “Sabah“da - Rəsmi
13-07-2022, 18:46
7 578

“Fənərbaxça“nın sabiq futbolçusu “Sabah“da - Rəsmi

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir keçidi reallaşdırıb.
Klubun saytı xəbər verir ki, seneqallı futbolçu Abdulaye Ba bundan sonra komandamızın uğurları üçün çalışacaq. Mərkəz müdafiəçisi ilə bağlanmış müqavilənin müddəti 1+1 ildir.
Ba karyerası ərzində Portuqaliyanın “Portu” (2012-2014), “Sportinq” (Kovilya, 2010/11), “Akademika” (2011/12), “Gimaraynş” (2013/14), “Moreyrense” (2020-2022), “Aroka” (2021/22), İspaniyanın “Rayo Valyekano” (2014/15, 2017-2019), “Deportivo” (2019/20), Türkiyənin “Fənərbağça” (2015/16), “Alanyaspor” (2016/17), Almaniyanın “Münhen 1860” (2016/17) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/21) klublarında çıxış edib. O, Seneqal millisinin heyətində 6 oyun keçirib.
Abdulaye “Sabah”da 13 nömrəli formada çıxış edəcək. 

Oxşar xəbərlər