"Çelsi"dən 40 milyon avroluq transfer
16-07-2022, 17:12
17 750

"Çelsi"dən 40 milyon avroluq transfer

"Çelsi" klubu yay "transfer pəncərə"sində heyətini yeni futbolçu ilə gücləndirib.
Klubun rəsmi saytı xəbər verir ki, London təmsilçisi "Napoli"nin mərkəz müdafiəçisi Xalidu Kulibalini transfer edib. Seneqal millisinin üzvü ilə 4 illik sözləşmə imzalanıb. İngiltərə mətbuatında çıxan xəbərlərə görə, "zadəgan"lar keçid üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək. 
Qeyd edək ki, 31 yaşlı futbolçu 2014-cü ildən Neapol təmsilçisində oynayırdı.

Oxşar xəbərlər