Azərbaycan millisi bu gün Ermənistanla qarşılaşacaq
27-07-2022, 13:35
1 845

Azərbaycan millisi bu gün Ermənistanla qarşılaşacaq

Bu gün San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Azərbaycan Basketbol Federasiyası xəbər verir ki, C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda "Lüksemburq"a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər