DYP "Neftçi" - "Rapid" oyunu ilə bağlı azarkeşlərə müraciət etdi
4-08-2022, 14:03
7 758

DYP "Neftçi" - "Rapid" oyunu ilə bağlı azarkeşlərə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) “Neftçi” - “Rapid” oyunu ilə bağlı vətəndaşlara müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlər oyun keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər:
“Bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Azərbaycanın “Neftçi” klubu Avstriya “Rapid” komandası ilə Bakıdakı Nizami rayonu ərazisindəki “Bakcell Arena” stadionunda, saat 21:00-da qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Neftçi” klubuna uğurlar arzulayırıq.
“Bakcell Arena” stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Ərazidə metronun “Xalqlar dostluğu” stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını qarşılayır. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə “Bakcell Arena” stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.
Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”.

Oxşar xəbərlər