Hacı Əliyev finala yüksəldi
10-08-2022, 15:48
7 117

Hacı Əliyev finala yüksəldi

Sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.
65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz yarımfinalda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Hacı finala yüksəlib.
Qeyd edək ki, sərbəst güləşçilərimiz Turan Bayramov (74) və Abubakr Abakarov (86) da finala adlayıblar.

Oxşar xəbərlər