Turan Əliyev 3 medal qazandı
12-08-2022, 16:00
7 227

Turan Əliyev 3 medal qazandı

10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.
Yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var. Komandamızdan ilk olaraq körpücük üzərinə Turan Əliyev çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində mübarizə aparıb.
İdmançımız birdən qaldırma hərəkətində 99 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
O, təkanla qaldırmada 120 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə birinciliyin bürünc medalını əldə edib. Turan Əliyev toplam 219 kq (99+120) nəticə ilə yarışın yekun sıralamasında da bürünc medal qazanıb.

Oxşar xəbərlər