İdman
5-09-2022, 14:23
7 878
Stadionda İNSİDENT: Fanat “Beşiktaş“ın futbolçusunu təpiklə vurdu
Türkiyə Superliqasının 5-ci turunda "Ankaragücü" - "Beşiktaş" matçından (2:3) sonra qalmaqal yaşanıb.
Meydan sahiblərinin Salih Uçan adlı bir fanatı final fitinin ardından meydana daxil olub. O, İstanbul təmsilçisinin futbolçusu Cenk Tosunu təpiklə vurub.
Daha sonra təhlükəsizlik əməkdaşları və futbolçuların müdaxiləsi ilə həmin şəxs meydançadan uzaqlaşdırılıb. "Ankaragücü"nün prezidenti Faruk Koca isə baş verənlərə görə "Beşiktaş"dan üzr istəyib.