Türk futbolçu "İnter"ə keçə bilər
29-09-2022, 23:51
7 970

Türk futbolçu "İnter"ə keçə bilər

"İnter" klubu Türkiyə millisinin üzvü Çağlar Söyüncünü transfer etmək istəyir.
"La Gazzetta dello Sport" xəbər verir ki, A Seriyası klubu qış transfer dönəmində 26 yaşlı müdafiəçini heyətinə qatmağı planlaşdırır.Söyüncü ilə "Atletiko" (Madrid) klubu da yaxından maraqlanır.
Qeyd edək ki, 2018-ci ildən "Lester"də çıxış edən Çağlar cari mövsüm Premyer Liqada oyun keçirməyib. O, İngiltərə Kubokunda 1 oyunda iştirak edib.

Oxşar xəbərlər