Haaland "Real"ın hədəfində
5-10-2022, 14:58
7 457

Haaland "Real"ın hədəfində

"Mançester Siti"də sərgilədiyi performansla rekordları qıran Erlinq Haaland İspaniya "Real"ının hədəfindədir.
ESPN xəbər verir ki, bunun fərqində olan "Siti" norveçli hücumçuya yeni müqavilə təklif etməyə hazırlaşır. "Şəhərlilər" yeni sözləşməyə əsasən, 22 yaşlı futbolçunu komandanın ən çox qazanan oyunçusu etmək niyyətindədir. 2027-ci ilədək müqaviləsi olan Erlinq hazırda İngiltərə klubunda həftəyə 325 min funt sterlinq qazanır. Komandada ən çox maaş alan futbolçu həftəyə 400 min funt sterlinq məvaciblə Kevin de Brüynedir.
Qeyd edək ki, "Real" 2024-cü ildə 200 milyon avroya sərbəst qalma maddəsi aktivləşəcək Erlinq Haalandı transfer etmək istəyir. O, cari mövsüm Premyer Liqada 8 oyuna çıxıb, 14 qola imza atıb.

Oxşar xəbərlər