“Boka Xuniors” 29-cu çempionluğunu qazandı - VİDEO
24-10-2022, 23:28
10 232

“Boka Xuniors” 29-cu çempionluğunu qazandı - VİDEO

Futbol üzrə Argentina çempionatının qalibi müəyyənləşib.
Çempionatın sonuncu turunda “Boka Xuniors” “İndependyente” ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə bitib.
“Boka Xuniors”la çempionluq uğrunda mübarizə aparan “Rasinq”in “River Pleyt”ə uduzması(1:2) nəticəsində “Boka Xuniors” tarixində 29-cu çempionluğunu bayram edib.

Mənbə: Odds

Oxşar xəbərlər