Filip Ozobiçin son durumu AÇIQLANDI
31-10-2022, 16:14
6 854

Filip Ozobiçin son durumu AÇIQLANDI

“Şamaxı” – “Qarabağ” oyununda zədələnmiş Filip Ozobiç MRT müayinəsindən keçib.
Bununla bağlı klubun rəsmi məlumatında qeyd edilib. 
Bildirilib ki, futbolçunun diz yan bağlarında dartınma aşkarlanıb.
Həkimlərin ilkin rəyinə əsasən, Ozobiç 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edilib ki, Qara Qarayev isə həkim nəzarətində fərdi məşqlərini davam etdirir. Onun “Frayburq” ilə matçda oynayıb-oynamayacağı daha sonra bəlli olacaq.

Oxşar xəbərlər