"Nyukasl" Hazardı almaq istəyir
9-11-2022, 22:10
8 873

"Nyukasl" Hazardı almaq istəyir

Eden Hazard növbəti transfer pəncərəsində komandasını və çempionatı dəyişə bilər. 
“El Nacional”ın xəbərinə görə, “Real”ın yarımmüdafiəçisi “Nyukasl” rəhbərliyinin prioritet hədəfinə çevrilib.
Futbolçunu İngiltərə çempionatına qaytarmaq üçün “”Nyukasl” rəhbərliyi qışda İspaniya çempionlarına 20 milyon avro ödəməyə hazırdır.
Eyni zamanda, La Liqada uğurlu karyerası olmayan 31 yaşlı futbolçunun özünün İngiltərə Premyer Liqasına qayıtmağa hazır olduğu bildirilir.
Xatırladaq ki, 2019-cu ildə "Real”a keçməzdən əvvəl Eden Londonun "Çelsi" klubunda çıxış edib. Onun transferi Madrid klubuna 115 milyon avroya başa gəlib. “Çelsi”nin heyətində Hazard 72 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər