Şahruddin meydanı xərəkdə tərk etdi
9-11-2022, 16:44
6 976

Şahruddin meydanı xərəkdə tərk etdi

"Qarabağ" futbol klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.
28 yaşlı qapıçı "Turan Tovuz"la oyunda boynundan xəsarət alıb.
Matçın son dəqiqələrdə çıxışda komanda yoldaşı Bədavi Hüseynovla toqquşan Məhəmmədəliyev boynu üstə yerə düşüb. Hakimlərin ilkin müdaxiləsi ilə ayağa qalxan qolkiper görüşü davam etdirib.
Lakin o, final fitindən sonra yerə yıxılaraq meydanı xərəkdə tərk edib.

Oxşar xəbərlər