Niderland və İspaniya Qətərdə keçiriləcək DÇ-2022 üçün yekun heyətlərini açıqladı
11-11-2022, 16:58
7 087

Niderland və İspaniya Qətərdə keçiriləcək DÇ-2022 üçün yekun heyətlərini açıqladı

Hollandiya millisinin baş məşqçisi Lui van Qal Qətərdə keçiriləcək Dünya Çempionatı üçün yekun heyəti müəyyənləşdirib.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Niderland milli komandasının son heyətinə qapıçılar Yustin Beylo (“Feyenoord”), Andris Noppert (“Herenven”), Remko Pasver (“Ayaks”), müdafiəçilər Vircil van Deyk (“Liverpul”), Natan Ake (“Mançester Siti”), Deyli Blind, Yurrien Timber (hər ikisi “Ayaks”), Denzel Dumfris, Stefan de rey (hər ikisi “İnter”), Matteys de Liqt (“Bavariya”), Tirell Malasiya (“Mançester Yunayted”) , Ceremi Frimponq (“Bayer”) daxil edilib.
Həmçinin yarımmüdafiəçilər Frenki de Yonq (“Barselona”), Steven Berqoys, Kennet Teylor (hər ikisi “Ayaks”), Tyon Kopmeyners, Marten de Ron (hər ikisi “Atalanta”), Kodi Qakpo, Ksavi Simons (hər ikisi PSV), hücumçular Memfis Depay (“Barselona”), Stiven Berqveyn (“Ayaks”), Vinsent Yanssen (“Antverpen”), Lyuk de Yonq (PSV), Noa Lanq (“Brüqqe”), Vaut Veqorst (“Beşiktaş”) da final oyununda meydana çıxacaqlar.
Eyni zamanda İspaniya millisi də DÇ-2022 üçün heyətini açıqlayıb.
Heyətə qapıçılar Unay Simon (“Atletik”), Devid Raya (“Brentford”), Robert Sançes (“Brayton”),
müdafiəçilər Pau Torres (“Vilyarreal”), Jordi Alba (“Barselona”), Xose Luis Qayya (“Valensiya”), Uqo Qilyamon (“Valensiya”), Erik Qarsiya (“Barselona”), Sesar Aspilikueta (“Çelsi”), Daniel Karvaxal (“Real” Madrid), Emerik Lyaport (“Mançester Siti”) daxil edilib.
Həmçinin yarımmüdafiəçilər Serxio Buskets (“Barselona”), Rodriqo Ernandes (“Mançester Siti”), Pedri (“Barselona”), Koke (“Atletiko Madrid”), Qavi (“Barselona”), Karlos Soler (“Pari Sen-Jermen”), Markos Lyorente (“Atletiko Madrid”), hücumçular Alvaro Morata (“Atletiko Madrid”), Ansu Fati (“Barselona”), Pablo Sarabia (“Pari Sen-Jermen”), Niko Uilyams (“Atletik Bilbao”), Marko Asensio (“Real” Madrid), Eremi Pino (“Vilyarreal”), Ferran Torres (“Barselona”), Dani Olmo (“RB Leypsiq”) da finalda oynayacaqlar.
Qeyd edək ki, PSJ-nin müdafiəçisi Serxio Ramos və “Mançester Yunayted”in qapıçısı David De Xea ispanların heyətində yer almayıb.
Mənbə: Championat.com

Oxşar xəbərlər