Keçmiş futbolçu həbs edildi
18-11-2022, 18:11
7 645

Keçmiş futbolçu həbs edildi

Norveç yığmasının sabiq  futbolçusu Con Karyu həbs olunub.
43 yaşlı keçmiş hücumçu vergidən yayınmaqda ittiham olunub. Bu səbəbdən ona 14 aylıq həbs cəzası verilib. Bundan başqa, Karyu 45 min funt sterliq məbləğində cərimə edilib.
Norveç millisində 91 oyuna 24 qol vuran Karyu “Volerenqa”, “Rusenborq”, “Valensiya”, “Roma”, “Beşiktaş”, “Lion”, “Aston Villa”, “Stok Siti” və “Vest Hem”də çıxış edib.

Oxşar xəbərlər