DÇ-2022: Uruqvay - Cənubi Koreya oyunu qolsuz heç-heçə ilə başa çatıb - YENİLƏNİB
24-11-2022, 19:01
6 205

DÇ-2022: Uruqvay - Cənubi Koreya oyunu qolsuz heç-heçə ilə başa çatıb - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatının H qrupunda I tura start verilib.
Qrupun ilk matçında Uruqvay millisi Cənubi Koreya yığması ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Bu nəticədən sonra kollektivlər hərəyə 1 xalla hələlik ilk iki sıranı bölüşdürür.
Qeyd edək ki, H qrupunun digər qarşılaşmasında Portuqaliya seçməsi Qana ilə münasibətlərinə aydınlıq gətirəcək.
18:03
Uruqvay - Cənubi Koreya qarşılaşmasında ikinci hissə start götürüb. 
18:02
Uruqvay - Cənubi Koreya qarşılaşmasında ilk hissə qolsuz bərabərliklə yekunlaşıb.
17:01
Dünya çempionatının qrup mərhələsinin I turu çərçivəsində Uruqvay - Cənubi Koreya qarşılaşması start götürüb. 
16:08
Qətərdə keçirilən dünya çempionatının H qrupunun I turunda üz-üzə gələcək Uruqvay və Cənubi Koreya yığmalarının start heyətləri açıqlanıb.
Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Martin Kaseres, Xose Mariya Ximenes, Dieqo Qodin, Darvin Nunyes, Matias Oliveyra, Fakundo Pelyistri, Luis Suares, Federiko Valverde, Matias Vesino
Cənubi Koreya: Kim Sin Kyü, Hvan İn Bom, Hvan Ui Çjo, Çon U Yen, Kim Çjin Su, Kim Min Je, Kim Mun Xvan, Kim Yon Qvon, Li Ce Son, Na San Ho, Son Xın Min
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Oxşar xəbərlər