41 yaşlı Ture İngiltərə klubunu çalışdıracaq
29-11-2022, 16:42
6 825

41 yaşlı Ture İngiltərə klubunu çalışdıracaq

Xüsusən “Arsenal” və “Mançester Siti” klublarındakı çıxışları ilə yadda qalan Kot-D`İvuar millisinin keçmiş futbolçusu Kolo Ture İngiltərənin “Uiqan” klubunu çalışdıracaq.
Bu barədə “Uiqan” klubunun rəsmi saytında məlumat yerləşdirilib.
Müdafiəçi mövqeyində çıxış etmiş 41 yaşlı K.Ture “Uiqan”la üç il yarımlıq müqaviləyə imza atıb.
Qeyd edək ki, Kolo Ture 2019-cu ilin fevral ayından “Lester”də baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
Mənbə: Wiganathletic.com

Oxşar xəbərlər