Bu gün Azərbaycan derbisi keçiriləcək
2-12-2022, 10:34
707

Bu gün Azərbaycan derbisi keçiriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI tura start veriləcək.
Günün yeganə matçında "Neftçi" "Qarabağ"ı qəbul edəcək.
Qarşılaşma saat 21:00-da start götürəcək. "Ağ-qaralar" 32 xalla üçüncü pillədə qərarlaşıb. Lider "Qarabağ"ın 41 xalı var.
Bu, ölkə çempionatları tarixində 89-cu Azərbaycan derbisi olacaq. Əvvəlki matçların 35-də "köhlən atlar", 23-də paytaxt təmsilçisi qələbə qazanıb. 30 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində isə "Neftçi"nin aşkar üstünlüyü var - 107:80. "Qarabağ" çempionatdakı son beş oyunda rəqibinə qalib gəlib. Əvvəlki üç qarşılaşmada hər iki komanda qol vurub.
Azərbaycan Premyer Liqası
XVI tur

Oxşar xəbərlər