Ronaldonun 200 minlik üzüyü gündəm oldu
7-01-2023, 18:24
16 373

Ronaldonun 200 minlik üzüyü gündəm oldu

Səudiyyə Ərəbistanının "Al Nassr" komandasına transfer olunan Kriştiano Ronaldo sosial media hesabında paylaşım edib. Videoda "Tezliklə görüşərik" deyən Ronaldonun solitaire brilyant üzüyü diqqət çəkib. Üzüyün qiymətini eşidənlər sosial şəbəkədə yazılan şərhlərlə təəccüblərini bildiriblər. Portuqaliyalı ulduzun üzüyü 200 min funt-sterlinq, yəni təxminən 4,5 milyon dəyərindədir.
Dünya çempionatı öncəsi “Mançester Yunayted”dən ayrılan Kriştiano Ronaldonun yeni dayanacağı Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandası olub. Portuqaliyalı ulduzun transferi klubun rəsmi sosial media hesabından açıqlanarkən, 37 yaşlı ulduzla 2025-ci ilin iyun ayına qədər qüvvədə olan 2,5 illik müqavilə imzalanıb.
Portuqaliyalı ulduz son vaxtlar taxdığı saatlar və üzükləri ilə diqqət çəkir. Nəhayət, təyyarədə olarkən pərəstişkarlarına "Görüşərik" mesajını verən Ronaldo daşlarla bəzədilmiş və qadınların nişan üzüyü adlandırılan solitaire üzüyü və brend saatı Jacob & Co ilə diqqət çəkməyi bacarıb. 
Ronaldonun taxdığı üzüyün qiymətinin 200 min funt sterlinq olduğu iddia edilib. Məşhur adlar üçün xüsusi hazırlanmış saatlardan biri olan Jacob Arabonun Jacob & Co markasının qiymətinin 770 min dollar olduğu bildirilir.
Portuqaliyalı ulduzun taxdığı solitaire üzüyü qısa zamanda sosial mediada gündəm olub, istifadəçilərdən çoxlu bəyənmə və şərhlər alıb.

 

 

Oxşar xəbərlər