"Krasnodar" Kadi ilə 2026-cı ilə qədər müqavilə bağladı
15-01-2023, 23:08
8 541

"Krasnodar" Kadi ilə 2026-cı ilə qədər müqavilə bağladı

"Qarabağ"ın eks-yarımmüdafiəçisi Kadi Borgesin Rusiyanın "Krasnodar" klubuna keçidi rəsmiləşib.
Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
26 yaşlı braziliyalı futbolçu ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalanıb. O, Premyer Liqa təmsilçisində, Ağdam klubunda olduğu kimi, 20 nömrəli formanı geyinəcək.
"Qarabağ" bu transferdən təxminən 5 milyon avro qazanıb.

Oxşar xəbərlər