Mbappe penta-trik etdi
24-01-2023, 13:39
980

Mbappe penta-trik etdi

PSJ Fransa kubokunun 1/16 finalında "Pay de Kassel"lə oyunda rəqib üzərində 7:0 hesablı qələbə qazanıb.
PSJ-nin futbolçusu Kilian Mbappe klub tarixində yeni rekorda imza atıb. Matçda 5 dəfə fərqlənən 24 yaşlı hücumçu PSJ-nin tarixində 1 oyunda penta-trik edən ilk futbolçu olub. 
Qeyd edək ki, bu Mbappenin karyerasında bir ilkdir. Fransalı ulduz 1 oyunda maksimum 4 qol vurmağı bacarıb. 

Oxşar xəbərlər